Son iki onillikdə Azərbaycan hərbi sahənin modernləşdirilməsi və yüksək standartlara cavab verməsi üçün böyük səy göstərib. Separatçı Dağlıq Qarabağ regionu uğrunda Ermənistanla müharibə rəsmi Bakını hərbi xərclərini radikal şəkildə artırmağa və müxtəlif hərbi texnologiyalara investisiya qoymağa vadar edib. Son iki onillikdə Azərbaycan hərbi sahənin modernləşdirilməsi və yüksək standartlara cavab verməsi üçün böyük səy göstərib. Separatçı Dağlıq Qarabağ regionu uğrunda Ermənistanla müharibə rəsmi Bakını hərbi xərclərini radikal şəkildə artırmağa və müxtəlif hərbi texnologiyalara investisiya qoymağa vadar edib.

Müdafiə sənayemiz: hər uğuru düşmənin gözünü qırır... FOTO

Son iki onillikdə Azərbaycan hərbi sahənin modernləşdirilməsi və yüksək standartlara cavab verməsi üçün böyük səy göstərib. Separatçı Dağlıq Qarabağ regionu uğrunda Ermənistanla müharibə rəsmi Bakını hərbi xərclərini radikal şəkildə artırmağa və müxtəlif hərbi texnologiyalara investisiya qoymağa vadar edib.

Bu fikirlər ABŞ-ın “The Defense Post” qəzetində Azərbaycanın müdafiə sənayesinə həsr olunan məqalədə yer alır. Qəzet yazır:

- Böyük miqdarda neft gəlirlərindən bəhrələnən Azərbaycan son iki onillikdə hərbi xərclərini 20 dəfə artırıb. O, yeni və güclü Silahlı Qüvvələr yaradıb. Eyni zamanda, ölkənin özünün hərbi sənayesini yaratmaq istiqamətində də xeyli iş görülüb. Son illərdə hərbi xərclərin artması sayəsində, Azərbaycan hökuməti müdafiə sənayesini inkişaf etdirib və gücləndirib. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra ölkədə silah istehsal edən müəssisələrin sayı çoxalıb. 2007-2016-cı illərdə Azərbaycanda hərbi sahədə istehsal 40 dəfə artıb. Müdafiə sənayesində yeniliklər ölkəyə qlobal silah bazarında nüfuzunu artırmağa imkan yaradıb. Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, yerli silahların ixracı 2016-cı illə müqayisədə 2017-ci ildə iki dəfədən çox artıb. Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, İraq, Pakistan və İordaniya daxil olmaqla, 10-dan artıq ölkəyə müdafiə sənayesi ilə bağlı silahlar tədarük edir.

  • Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır

Bəli, Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər artıq dünyanın diqqətini çəkib. Ona görə də bu gün Bakıda Azərbaycan Beynəlxalq Müdafiə "ADEX 2018” sərgisinin təşkil olunması heç də təsadüfi hadisə deyil. Şübhəsiz ki, “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Artıq bütün dünya Azərbaycanın 25 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını bilir. Ölkəmizin ərazisinin 20 faizi zəbt edilib və bir milyondan çox əhali daimi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.Məhz bu şəraitdə Azərbaycanın üzləşdiyi hərbi təcavüz ordu quruculuğunu və Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsini prioritet istiqamətə çevirib.

Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Bu addım ölkədə Hərbi Sənaye Kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə töhfəsini verib. “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsində mühüm işlər görülüb. Dövlətimizin hərbi qüdrəti durmadan artıb və Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır.

Sevindirici haldır ki, bu gün ölkəmiz artıq müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətə davamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb. Məmulatlar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.

  • “Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir”​

Bu fikirlər dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçılarına müraciətində yer alır. İlham Əliyev bildirib ki, ənənəvi xarakter almış "ADEX" sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilib:

“Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması, yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilmişdir. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmışdır və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından ən mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, “ADEX-2018” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına imkanlar açacaq, eləcə də müdafiə sənayemizin elmi-texnoloji potensialının artırılmasına töhfə verəcəkdir".

  • Müxtəlif xarici şirkətlərlə birgə müəssisələr yaradılıb

Bu sözlərdən sonra sözügedən sərginin əhəmiyyəti barədə əlavə şərhə gərək yoxdur. Ona görə də Azərbaycanın müdafiə sənayesi ilə bağlı digər mühüm məqamlara diqqət çəkək. Belə ki, Azərbaycan hərbi sahədə böyük tikinti layihələri həyata keçirdikdən, Silahlı Qüvvələrindəki köhnə sovet texnikasını dəyişdikdən və bu sahəni şaxələndirdikdən sonra son illərdə “alıcı-satıcı” münasibətlərindən uzaqlaşmağa başlayıb. Artıq rəsmi Bakı müdafiə sənayesi ilə bağlı əməkdaşlıq etdiyi ölkələrlə birgə müəssisələrin yaradılmasına və inkişafına üstünlük verir. Bu məqsədlə müdafiə sənayesi ilə məşğul olan müxtəlif xarici şirkətlərlə birgə müəssisələr yaradılıb. 2009-cu ildə Türkiyənin müdafiə sənayesi üzrə şirkəti olan “Rokestan” ilə Azərbaycanın “İqlim” Elmi-İstehsalat müəssisəsi arasında raket-buraxıcı sisteminin birgə istehsalı ilə bağlı müqavilə imzalanıb. Hazırda 2020-ci ilə qədər uzun mənzilli raket sisteminin yaradılması üzərində işlər aparılır. 2017-ci ilin oktyabrında isə Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsi ilə bağlı razılaşma imzalanıb. Hər iki ölkə bu razılaşmanı müdafiə sənayesinin daha böyük institusional strukturunun təməl elementi kimi qəbul edib.

2009-cu ildə Cənubi Afrika Respublikasının müdafiə və aerokosmik sənayesi üzrə şirkəti olan “Paramount Group” ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi zirehli maşınların, yəni “Matador” və “Marauder” maşınlarının istehsalı ilə bağlı birgə müəssisə yaradıb. 2017-ci ildə isə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilk yerli minaya qarşı qorumalı nəqliyyat vasitəsini, yəni “Tufan”ı nümayiş etdirib. 2018-ci ildə bu nəqliyyat vasitəsinin çoxlu sayda istehsalı planlaşdırılır.

Düzdür, Azərbaycan kimi kiçik ölkələr üçün özünü müdafiə sənayesinə aid məhsullarla tam təmin etmək əlçatmaz görünür. Belə ölkələr tələbatını yalnız yerli müdafiə sənayesi hesabına ödəyə bilməz. Lakin bu ölkələrin məhdud sayda olsa belə müdafiə sənayesi məhsulları istehsal etməsi strateji əhəmiyyətə malikdir. Çünki hətta kiçik müəssisələr belə silahlı qüvvələrə böyük hərbi üstünlüklər qazandıra, ordunun şəraitin daima dəyişdiyi döyüş məkanına adaptasiyasına yardım göstərə bilər. Yerli mühəndislər və texnoloqlar ordunun döyüş meydanında qarşılaşa biləcəyi problemləri daha yaxşı başa düşür. Buna görə yerli şirkətlər hərbçilərin qarşılaşdığı problemlərə daha uyğun həll yolları tapa bilər.

  • Dünyada tədarük edilən dronların 7,8%-ni məhz Azərbaycan alıb

Sözsüz ki, Azərbaycanın bu sahədə bütün səyləri öz bəhrəsini verib. Nəticədə daha yaxşı və daha güclü ordu yaradılıb. Azərbaycan müdafiə naziri Zakir Həsənov 2017-ci ilin iyulunda RİA “Novosti”yə bildirib ki, “son illər ərzində ordunun modernləşdirilməsi ilə bağlı keyfiyyətcə yeni mərhələyə keçmişik”. Bu konteksdə İsraillə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. 2012-ci ildə iki ölkə arasında silah ticarəti ilə bağlı 1,6 milyard dollar dəyərində müqavilə imzalanıb. Bu müqavilədə əsasən dronların və raket əleyhinə müdafiə sistemlərinin Azərbaycana satılması nəzərdə tutulmuşdu. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2012-2016-cı illərdə Azərbaycan Hindistandan sonra İsraildən ən çox silah tədarük edən ikinci ölkə olub.

2016-cı ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyev İsrail baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır.

Bu gün Azərbaycan müdafiə sənayesinin vacib və strateji istiqamətlərindən biri də dron istehsalıdır. 2010-2014-cü illərdə o, dron idxal edən ölkələr arasında 4-cü olub. Həmin dövrdə dünyada tədarük edilən dronların 7,8%-ni məhz Azərbaycan alıb.

2016-cı ilin aprelində Ermənistanla Azərbaycan arasında “4 günlük müharibə” baş verdi. Faktiki olaraq, bu müharibənin fərqləndirici xüsusiyyəti təkcə dronlardan kəşfiyyat üçün geniş miqyasda istifadə edilməsi olmadıb. Bu müharibə zamanı həm də tarixdə ilk dəfə artilleriya sistemlərinə və hərbi obyektlərə hücum məqsədilə “kamikadze” dronlardan istifadə edildi. Ona görə də hədəflərin müəyyən edilməsi və uğurlu hücumların həyata keçirilməsi üçün dronlara böyük tələbat var. Buna görə belə sistemlərin ölkədə istehsalı üçün müasir texnologiyalarla təchiz olunmuş müəssisələrə ehtiyac duyulur. Azərbaycanlı mühəndislərin dronlarla bağlı müasir İsrail texnologiyalarına çıxış əldə etməsi və texniki ekspertiza ilə təmin edilməsi nəticəsində onlar öz şəxsi layihələrini inkişaf etdirmək və istehsal qabiliyyətini yüksəltmək imkanı əldə ediblər.

  • Azərbaycan Sahil Mühafizəsini raket sistemi ilə təchiz olunmuş gəmi və qayıqlarla təmin edən az saylı ölkələrdəndir

Bu yaxınlarda Dövlət Sərhəd Xidmətinin hazırladığı videoda digər silahlarla bərabər “Saar 62” gözətçi gəmiləri və “Shaldag Mk V” gözətçi qayıqları nümayiş etdirilib. Xatırladaq ki, bu gəmilər və qayıqlar İsrailin “Israel Shipyards” şirkəti tərəfindən Bakının Türkan qəsəbəsində yerləşən gəmiqayırma zavodunda yığılıb. “Saar 62” gözətçi gəmisi “Typhoon MLS-NLOS” raket sistemi ilə təchiz olunub. Bu raket sistemində “Spike NLOS” raket-buraxıcısı, “Toplite” elektro-optik sistemi, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən 1 ədəd 23 millimetr çaplı “2A14” topuyla silahlandırılmış “Typhoon”, 2 ədəd 12,7 millimetr çaplı “M2HB” pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu, 7,62 millimetr çaplı 2 ədəd yüngül “Neqev” pulemyotu, “Elta EL/M-2228X” kombinə olunmuş radarı, “Furuno” naviqasiya radarı, uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi var. “Shaldag Mk V” gözətçi qayığı da “Spike NLOS” raket-buraxıcı sistemi ilə təchiz olunub.

2017-ci ildə Azərbaycan Dövlət Sərhəd Xidməti İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan 120 millimetrlik “Spear Mk 2” avtomatik minaatanları və modernləşdirilmiş “BTR-70” zirehli döyüş texnikasını nümayiş etdirib. Bununla yanaşı, Dövlət Sərhəd Xidməti Türkiyənin “Otokar” şirkətindən 13 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulmuş, 4×4 təkər formuluna malik olan “Cobra” zirehli döyüş maşınları alıb. Bu zirehli döyüş maşını “Israel Aerospace Industries” şirkətinin istehsalı olan tank əleyhinə “LAHAT” raketləri ilə təchiz olunub. Bu raket sistemi həmçinin “Mi-17” helikopterlərində də quraşdırılıb.

Beləliklə, deyə bilərik ki, Azərbaycanın müdafiə sənayesinin potensialı ilə bağlı dəyişikliklərin tempi və miqyası Azərbaycan ordusunun gələcək istiqamətinin qiymətləndirilməsi üçün vacib etolondur. Azərbaycan son onilliklərdə müdafiə xərclərini artırmaqla daha güclü və bacarıqlı ordu yarada bilib. Müdafiə sahəsinin modernlənşdirilməsi isə sürətlə davam etməkdədir.

Elgün MƏNSİMOV
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description