11:26
(077) 610-22-33

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Əvəzi ziyarət edib

  • >
468 1 Aprel 2013 16:50 | Cəmiyyət

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Assiat Blansi "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallını Bakı İstintaq Təcridxnasındakı kamerasında ziyarət edib. Assiat Blansi Əvəz Zeynallının saxlanma şəraiti ilə maraqlanıb, həbsinin səbəbləri və motivlərilə bağlı söhbətlər edib.
Bu barədə Modern.az-a Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

Assiat Blansi bildirib ki, Əvəz Zeynallı Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarətində olan məhbuslardan biridir.

İndiyədək bu, baş redaktorla təşkil olunmuş ikinci ziyarətdir. Bundan əvvəlki ziyarətdə də onunla edilən söhbətlər öz müsbət nəticəsini verib. Beynəlxalq Qızıl Xaç Komitəsi Ə.Zeynallıya məhkəmə hökmü ilə 9 il həbs cəzası kəsildikdən sonra da onun durumunu nəzarətdə saxlamaq niyyətindədir.

Əvəz Zeynallı saxlanma şəraitindən narazı olmadığını bildirib, lakin bununla yanaşı, əsas diqqətin onun jurnalist olmasına da yönəlməsini istəyib. O, xanım Blansidən noutbukla təmin olunması üçün kömək göstərmələrini xahiş edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Ə.Zeynallının bu xahişini Ədliyyə Nazirliyinin Pentensiar Xidmət rəhbərliyinə çatdırılacağını, buna razılıq alındığı təqdirdə onun noutbukla təmin ediləcəyini bildirib.

AzNews.az
Bağla X