Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Dünya Ağciyər gününə həsr edilmiş simpozium keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Dünya Ağciyər gününə həsr edilmiş simpozium keçirilib.

Bu xəstəlikdən 4 milyon nəfər ölüb - FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Dünya Ağciyər gününə həsr edilmiş simpozium keçirilib.

AzNews.az xəbər verir ki, respublikanın baş allerqoloqu, professor Cəbrayıl Məmmədov ağciyər və tənəffüs yolarında yaranan xəstəliklərin dünyada geniş yayıldığını qeyd edib.

Professor Əlizamin Sadıqov “Hospitaldaxili və ventilyator assosasiya olunan pnevmoniyaların müalicəsinə yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Avropada və ölkəmizdə xəstəliyin diaqnostikası, aşkarlanması, yeni müalicə üsullarından və xəstəliklə mübarizə aparılması yollarından danışılıb. Pnevmoniyaların müalicəsində yeni yanaşmalarla bağlı söylənilən fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda dünyada pnevmaniyadan 450 milyona yaxın şəxs əziyyət çəkir və 4 milyon insan adıçəkilən xəstəlikdən dünyasını dəyişib.

Səidə Nurməmmədli
AzNews.az

image description image description