“Azerspace“dən yerli kanalların yayımına başlanılacaq

Bir neçə gündən sonra Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace"dən yerli kanalların yayımı həyata keçiriləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda bununla bağlı aparılan hazırlıq işləri 1 həftə ərzində yekunlaşacaq.

Qeyd edək ki, sınaqları uğurla həyata keçirilən peykin idarətetməsi martın ortalarından etibarən azərbaycanlı mütəxəssislərin ixtiyarına verilib. May ayından etibarən isə əvvəlcədən bağlanmış müqavilələrə əsasən peyk kommersiya məqsədilə də istifadə olunacaq.

AzNews.az