NİDA Vətəndaş Hərəkatı həbslərlə bağlı geniş toplantı keçirəcək NİDA Vətəndaş Hərəkatı həbslərlə bağlı geniş toplantı keçirəcək

Nidaçılar sabah geniş iclas keçirəcəklər

NİDA Vətəndaş Hərəkatı həbslərlə bağlı geniş toplantı keçirəcək

Bu barədə hərəkatın media koordinatoru Elmin Bədəlov məlumat verib: "Aprelin 2-si saat 14:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda NİDA Vətəndaş Hərəkatının üzvlərinin həbsi və son olaylarla bağlı geniş toplantı keçirəcəyik. Diplomatik korpus nümayəndələri, səfirliklər, jurnalistlər, fəallar və maraqlanan hər kəs tədbirə dəvətlidir. Həbslərlə bağlı ən son məlumatlar da tədbirdə elan olunacaq".

Qeyd edək ki, artıq NİDA Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı həbs olunub. Onlar barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib. Beynəlxalq Amnesty İnternational təşkilatı gəncləri vicdan məhbusu elan edib.

AzNews.az