17:13
(077) 610-22-33

BSU “Yazı“dan danışdı

  • >
312 1 Aprel 2013 21:10 | Cəmiyyət

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi "Yazı" ədəbi dərgisinin son sayının müzakirəsini təşkil edib



Tədbiri giriş sözü ilə açan tənqidçi Elnarə Tofiqqızı çağdaş ədəbi proses, gənc yazarların yenilik axtarışları və s. fonunda formalaşan dərgilərdən biri kimi "Yazı"nın ədəbiyyat cameəsi üçün növbəti bir imkan olduğunu vurğulayıb.
Daha sonra dərginin məsuliyyətini çəkənlərdən biri, Azad Qaradərili seçdikləri ədəbi meyarlar və dərgidəki materiallarla bağlı çıxış edib, gənc yazarlarla öz təcrübəsini bölüşüb.
"Ağac" dərgisinin redaktoru Namiq Hüseynlinin də iştirakı ilə Yaradıcılıq fakültəsi tələbələrinin sualları və müzakirələri ilə davam edən tədbirdə ədəbi dünyagörüş, cərəyanlar, proseslər dartışılıb.
Qeyd edək ki, cəmi 5 sayı işıq üzü görən "Yazı" dərgisinin Yaradıcı Heyətinə Rəhim Əliyev, Əlabbas Bağırov, Aslan Quliyev, Namiq Şaman, Gündüz Araz, Cavidan, Azad Qaradərili və s. daxildir. Dərgi rüblük dərc olunmaqla yeni ədəbi nümunələri, dünya ədəbiyyatının tanınmış isimlərinin əsərlərindən parçaları oxucularına çatdırır.

AzNews.az
Bağla X