05:14
(077) 610-22-33

Bakıda 5 milyon avroluq ecazkar bağ- FOTOLAR

  • >
2 897 2 Aprel 2013 05:40 | Cəmiyyət

Bakı şəhərində ecazkar bağ salınacaq


Bakı Botanika Bağı adlanan layihənin sahəsi 16 450 kvadratmetr olacaq. Ümumi dəyəri 5 000 000 avro nəzərdə tutulan bağın Azərbaycan Milli Elmlər Akademiyası Mərdəkan Dendrarisinin yerində salınması ehtimal olunur. Bağın layihəsi artıq Türkiyənin tanınmış memarlıq şirkəti tərəfindən hazırlanıb.

Dendrarinin direktor müavini Zümrüd Məmmədova milli.az-a açıqlamasında bildirdi ki, Dendrologiya və Laboratoriya İnstitutunun yenidən qurulması nəzərdə tutulub. Direktor müavininin sözlərinə görə, yenidənqurmadan sonra dendrarinin adındakı "Mərdəkan" sözünün çıxarılması planlaşdırılıb. Bundan başqa, hazırda dendraridə yeni aranjereya qurulub.

Türkiyə şirkəti tərəfindən hazırlanmış layihəyə gəlincə, Z.Məmmədova qeyd etdi ki, Mərdəkan Dendrarisinin yenidən qurulması ilə bağlı bir neçə layihə hazırlanır, ancaq hələlik heç bir layihə ilə tanış deyil.

AzNews.az
image description image description image description image description image description
Bağla X