10:28
(077) 610-22-33

“Nizaminin heykəli ilə bağlı məsələ araşdırılacaq” – RƏSMİ MÖVQE

  • >
325 2 Aprel 2013 10:38 | Cəmiyyət

Mədəniyyət və Turizm Nazirliyi Dərbəndəki vandalizmlə bağlı açıqlama verdi



Azərbaycan şairi Nizaminin Dərbənddə ucaldılan heykəli və onun ətrafındakı kompleks təhqir edilib. Belə ki, heykəlin bir əlinin barmaqları sındırılıb və digər hissəsinə dəmir parçalarla zərbələr endirib. Bundan başqa heykəlin ətrafındakı "Yeddi gözəl" kompleksi də təhqir edilib.

Məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduqlarını dedi: "Hələ ki, rəsmi məlumat yoxdur. Amma nazirlik bu məsələni diqqətdə saxlayacaq".

Bahar Rüstəmli
AzNews.az

Bağla X