“Başkeçidin imtina etdiyi pul qaliblər arasında bölünməyəcək” “Başkeçidin imtina etdiyi pul qaliblər arasında bölünməyəcək”

Yazıçılar Birliyi mükafatı özünə saxlayacaq

“Başkeçidin imtina etdiyi pul qaliblər arasında bölünməyəcək”



Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat müsabiqəsinin Yusif Səmədoğlu adına nəsr mükafatının qalibi Etimad Başkeçidin imtina bəyanatına Yazıçılar Birliyindən cavab gəlib.

Yazıçılar Birliyinin sözçüsü Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında bildirib ki, E.Başkeçidin imtina etdiyi mükafat birliyin hesabında qalacaq:

"Yazıçılar Birliyi yenidən müsabiqə keçirəsi deyil ki. Onsuz da imtina olunub. Biz ona nə edə bilərik? Etimadın imtina etdiyi pul mükafatı digər qaliblər arasında da bölünməyəcək. Həmin məbləğ Yazıçılar Birliyinin hesabında qalacaq".

Xatırladaq ki, E.Başkeçid Ədəbiyyat müsabiqəsinin mükafatlandırma prosesindən narazı qaldığı üçün mükafatdan imtina edib.

Bahar Rüstəmli
AzNews.az