Xaricdə təhsil alan tələbələrin nəzərinə

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələr Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada pulsuz təcrübə keçə bilərlər. Bu barədə Komissiyanın mətbuat xidmətindən bildiriblər.

Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələr "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsində göstərilən dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında, o cümlədən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ödənişsiz təcrübə keçməyə dəvət olunurlar.

Dövlət Proqramı çərçivəsində təhsil alan və dövlət qulluğunda çalışmaq istəyən şəxslər Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılovaya (n.ismayilova@csc.gov.az) müraciət etməklə yay tətilləri müddətində dövlət orqanlarında təcrübə keçmək üçün qeydiyyatdan keçə bilərlər. (trend)


AzNews.az