“MSK öz işiylə məşğul olsun”

Mərkəzi Seçki Komissiyası (MSK) Ziyalılar Forumunun lideri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun adının seçici siyahısında olmamasına aydınlıq gətirib.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bununla bağlı açıqlamasında bildirib ki, kimliyindən aslı olmayaraq, adı seçici siyahısına düşməyən istənilən şəxs qurumun "Qaynar xətt"inə müraciət etməlidir.

Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev AzNews.az-a açıqlamasında bunu xırda bir "oyun" hesab etdiyini söyləyib: "Qoy MSK öz işiylə məşğul olsun. Rüstəm İbrahimbəyovun burada olub-olmamasından asılı olmayaraq onun adı seçici siyahısında olmalıdır".

Bahar Rüstəmli
AzNews.az