“Hakimiyyət gənclərin etiraz aksiyalarının qarşısını almaq, gənc fəalları qorxutmaq üçün bu tip primitiv metodlara əl atır" “Hakimiyyət gənclərin etiraz aksiyalarının qarşısını almaq, gənc fəalları qorxutmaq üçün bu tip primitiv metodlara əl atır"

“Hakimiyyət siyasi təqibləri dayandırmalıdır“

“Hakimiyyət gənclərin etiraz aksiyalarının qarşısını almaq, gənc fəalları qorxutmaq üçün bu tip primitiv metodlara əl atır"




Aydınlar Partiyası NİDA üzvləri Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məhəmməd Əzizovun ardınca Vətəndaş Hərəkatının daha 2 üzvü Zaur Qurbanlı və Rəşadət Axundovun həbsini, hərəkat fəallarının kütləvi olaraq istintaqa cəlb edilməsini fəal gəncliyə qarşı yürüdülən siyasi repressiyanın davamı kimi qiymətləndirir.

Bu barədə Aydınlar Partiyasından daxil olan bəyanatda bildirilir.
Aydınlar Partiyası belə hesab edir ki, bu sifarişli əməliyyatdır və siyasi baxımdan fəal gənclərin susdurulmasına, cəmiyyətdə xof yaratmağa xidmət edir: "Hakimiyyət gənclərin etiraz aksiyalarının qarşısını almaq, gənc fəalları qorxutmaq üçün bu tip primitiv metodlara əl atır. Bu onu göstərir ki, hakimiyyət siyasi mühiti liberallaşdırmaq əvəzinə daha da kəskinləşdirmək, fərqli düşüncə daşıyıcılarının zorakı yollarla zərsizləşdirmək xəttini seçib".

Aydınlar Partiyası siyasi hakimiyyətdən siyasi fəalların dərhal azadlığa buraxılmasını, vətəndaşların sərbəst toplaşma və ifadə azadlığını təmin etməyi tələb edir: "Demokratikləşən dünyada Azərbaycan hakimiyyətin belə primitiv metodlarla siyasi fəalları təqib etməsi, sərbəst toplaşma və ifadə azadlığının məhdudlaşdırmasına yönələn repressiv addımlar atması təəssüf doğurur. Hakimiyyət siyasi təqibləri dayandırmalı və dərhal siyasi islahatlara başlamalıdır. Azərbaycan hakimiyyəti artıq iflasa uğramış ərəb ölkələrinin yolunu yox, demokratiya yolunu seçməlidir. Əks halda belə repressiv siyasətin acısını sonda elə hakimiyyətin özü çəkəcək".

AzNews.az