Sabiq icra başçısına vəzifə verildi

Əhalinin narazılığına görə vəzifəsindən azad olunan Laçın Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Cəbrayılova yeni vəzifə verilib.

"Qafqazinfo" xəbər verir ki, R.Cəbrayılov bundan sonra Kənd Təsərrüfatı Nazirliyində işləyəcək. O, nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu şöbənin müdiri Çingiz Fərəcov pensiya yaşına çatıb və yaxın vaxtlarda vəzifəsindən azad olunacaq. Onun yerinə isə R.Cəbrayılov təyin olunacaq.

Xatırladaq ki, prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla R.Cəbrayılov icra başçısı vəzifəsindən çıxarılıb. Onunla bərabər həmin gün Kəlbəcər və Sədərək rayon icra başçıları da işdən çıxarılmışdı. İcra başçılarının vəzifədən azad olunmasına əhalinin narazılıqlarını səbəbi olduğu deyilirdi.

AzNews.az