22:07
(077) 610-22-33

Bu ölkədə azərbaycanlılara pulsuz məzar veriləcək

  • >
484 1 May 2013 09:23 | Cəmiyyət

BU MƏQSƏDLƏ 2000 KVADRAT METR TORPAQ SAHƏSİ AYRILIB



Türkiyənin Alanya bölgəsində azərbaycanlılar da daxil olmaqla əcnəbilərə məzar yerləri pulsuz veriləcək. Əyalətdə əcnəbilər üçün xüsusi qəbiristanlığın yaradılması qərar alınıb.

2000 kvadrat metr ərazidə yaradılacaq yeni məzarlıqda həmin bölgədə yaşayan hər bir əcnəbiyə pulsuz məzar yeri veriləcək. Valiliyin əcnəbilərlə iş şöbəsinin müdiri Abdulla Qaraoğlunun sözlərinə görə, artıq yerli sakinlərin məzar yeri ilə təmini ilə bağlı proqram yekunlaşdırılıb. Əcnəbilərə yeni məzarların pulsuz verilməsinin səbəbi isə qəbiristanlıqda əcnəbilər üçün cəmi 2 yerin qalması ilə əlaqələndirilib.

Qeyd edək ki, Türkiyənin müvafiq orqanlarının məlumatına görə, bu ölkədə daşınmaz əmlak sahibi olan əcnəbilər əsasən Alanya bölgəsində toplanıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X