06:51
(077) 610-22-33

Etibar Hüseynov:“Heç kəs cinayət törətməkdən sığortalanmayıb“

  • >
495 1 May 2013 09:52 | Cəmiyyət

"Sabah mənim köməkçim, sürücüm və ya övladım cinayət törədərsə, əlbəttə ki, buna mən məsuliyyət daşımayacam".

Bunu "Qafqazinfo"ya açıqlamasında millət vəkili Etibar Hüseynov İlqar adlı köməkçisinin həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, onu İlqar adlı köməkçisi olmayıb: "Seçki kampaniyası ərəfəsində deputatların ətrafında 100-ə yaxın nümayəndə olur. Onlar da seçki vaxtı fəaliyyət göstərirlər və proses bitdikdən sonra həmin şəxslərin gördüyü işlərə görə deputat məsuliyyət daşımır".

E. Hüseynov söyləyib ki, heç kəs cinayət törətməkdən sığortalanmayıb: "Sabah mənim köməkçim, sürücüm və ya övladım cinayət törədərsə, əlbəttə ki, buna mən məsuliyyət daşımayacam. Hər kəs qanun qarşısında bərabərdir".

Deputat onu da əlavə edib ki, yaxın günlərdə yayımlanan "Sitatın sonu" verilişindən sonra bu cür çirkin kampaniyalar başlanıb: "Mən elə proqram yayımlanmağa başlayanda demişdim ki, mənə qarşı şər-böhtan xarakterli kampaniyalar olacaq. Elə bu olay da kampaniyanın başlanğıcıdır".

Xatırladaq ki, məlumatda qeyd olunur ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib.

AzNews.az
Bağla X