19:41
(077) 610-22-33

Prokurorluq Milli Məclisin təklifini əsaslandırdı

  • >
219 1 May 2013 11:24 | Cəmiyyət

Milli Məclis Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələrinə dəyişiklik təklifi irəli sürən Respublika Prokurorluğunun əsaslandırmasını açıqlayıb. www.huquq.tv-nin məlumatına görə, əsaslandırmanı Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsi hazırlayıb.

Əsaslandırmada qeyd olunur ki, Cinayət Məcəlləsinin "Böhtan" və "Təhqir" maddələrində nəzərdə tutulan əməllər informasiyanın daha çox yayıldığı, informasiya təminatının böyük hissəsinin həyata keçirildiyi internet informasiya ehtiyatında nümayiş etdirildiyi halda cinayət məsuliyyətinə səbəb olması qanunvericilikdə tam dəqiq əks olunmayıb: "Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsin böhtan və ya təhqirə məruz qalmasının cinayət məsuliyyəti yaradan hal kimi aydın göstərilməsi, onun azadlığı və ləyaqətinin qorunması, bu hüquq pozuntularının qarşısının alınmasının təmin edilməsi məqsədi daşıyır".

Bildirilir ki, qanun layihəsinin hazırlanması zamanı xarici ölkələrin, o cümlədən bir çox Avropa ölkələrinin qanunvericiliyi, təcrübəsi təhlil edilib və təklif Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına uyğundur.

AzNews.az
Bağla X