20:35
(077) 610-22-33

“Həqiqi hərbi xidmətdən möhlət hüquqlarını bərpa etmək lazımdır“

  • >
353 1 May 2013 11:37 | Cəmiyyət

"Azərbaycanda elmi fəaliyyətlə məşğul olanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi ölkənin gələcək həyatı üçün çox önəmlidir"

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında deyib ki, oğlanların gələcək təhsilinin fasiləsiz qaydada həyata keçirilməsi üçün möhlət hüquqlarını bir daha bərpa etmək lazımdır.

Z. Orucun sözlərinə görə, son dövrlər ərzində alimlərin orta yaş həddi, ölkənin elmi ilə bağlı gələcək qayğıları, əhalinin 10 min nəfərinə düşən alimlərin sayı və digər məsələlər də bunu vacib edir: "Məsələnin hansı formada olacağını isə qanun müəyyənləşdirə bilər. Artıq "Elm haqqında" qanunda artıq bu məsələ nəzərdə tutulub. Yaxın günlərdə onun komitədə müzakirəsi olacaq, sonrakı dövrdə isə məsələyə plenar iclasda baxılacaq. Biz bu məsələyə tərəfdarıq. Həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı dəyişikliyin qəbulu adekvat olaraq "Hərbi xidmətdən keçmə" haqqında qanuna dəyişikliyin edilməsini tələb edəcək".

AzNews.az
Bağla X