20:44
(077) 610-22-33

“İndi stadion var, ancaq oyunlara gələn yoxdur“

  • >
359 1 May 2013 12:00 | Cəmiyyət

"Mən deməzdim ki, hazırda çempionluq uğrunda yalnız iki komanda – "Neftçi" və "Qarabağ" oynayır. "İnter"i də siyahıdan silmək olmaz. Hesab edirəm ki, çempion ya son turda, ya da ondan əvvəlkində müəyyənləşəcək".

AzNews.az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində deyib. Topaz Premyer Liqanın hazırkı formatı ilə bağlı fikirlərini açıqlayan AFFA rəhbəri qeyd edib ki, "altılıq" sisteminun müsbət və mənfi cəhətləri var: "Hazırda AZAL və "Xəzər Lənkəran" kimi güclü komandalar ilk "altılıq"dan kənarda qalıb. Bu da həmin klubların motivasiyasının azalmasına səbəb olur və bu səbəbdən çempionata maraq azalır".

R.Abdullayev "Neftçi"nin qarşıdakı "Qarabağ"la matça əcnəbi hakimin idarə etməsi təklifinə də münasibət bildirib. O, Azərbaycan hakimlərinin oyunları ədalətlə idarə etməsinə şübhə etmədiyini deyib. "Onlar səhv edə bilərlər. Bu, bütün dünyada olur. Avrokuboklarda və millinin oyunlarında hakimlər daha kobud səhvə yol verirlər. Bu mənada, bizim hakimlər bəzi hallarda Avropa hakimlərindən irəli gedirlər".

R.Abdulayev buna görə "Qarabağ" – "Neftçi" qarşılaşmasında əcnəbi hakimə ehtiyac olmadığını vurğulayıb. AFFA prezidenti azarkeşlərin stadionlara az gəlməsindən narahatlığını ifadə edib: "Azarkeşlər əvvəl deyirdi ki, stadionlarımız yoxdur. İndi stadion var, ancaq oyunlara gələn yoxdur. Məsələn, 12 minlik "Bakcell Arena" var, ancaq heç onu doldurmurlar. Yaxınlarda 68 minlik Olimpiya stadionu istifadəyə veriləcək, bəs bunu necə dolduracaqlar? Deməli, günah hamımızdadır: həm bizdə, həm siz jurnalistlərdə. Azarkeşləri stadionlara cəlb etmək üçün düzgün yönləndirməliyik".

AzNews.az
Bağla X