DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN ƏMƏKDAŞLARININ “RADAR BAZARLIĞI” DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN ƏMƏKDAŞLARININ “RADAR BAZARLIĞI”

Azərbaycan polisi ilə bağlı daha bir rüsvayçı FAKT - Audio

DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN ƏMƏKDAŞLARININ “RADAR BAZARLIĞI”






Yollarda quraşdırılan radarlara düşən bəzi avtomobillərin sürücüləri ilə yol polisi əməkdaşları arasında narazılıq yaranır. Narazılıq yaradan əsas məqamlar bildirişin sürücünün ünvanına çatdırılması, protokolun tərtibi, cərimənin ödənilməsi ilə bağlı olur. Bununla yanaşı polis əməkdaşlarının radara düşən sürücülərə zəng vuraraq onları idarəyə dəvət etməsi və məsələnin həlli üçün kömək göstərəcəyinə dair vəd verməsi hallarına tez-tez rast gəlinir. Polis əməkdaşları qayda pozuntusunu sənədləşdirmədiklərini, ancaq sürücünün ona müraciət edəcəyi təqdirdə kömək etməyə hazır olduğunu bildirir.

AZNEWS.AZ-a daxil olan məlumata görə, bəzi hallarda yol polisi əməkdaşları məlumatlar informasiya bazasından çıxararaq sürücülərlə əlaqə saxlayır və müəyyən vəsait qarşılığında həmin məlumatları bazadan silinməsinə nail olurlar. Bunu isə sürücüyə belə izah edirlər ki, qanun pozuntusu sənədləşdirilsə də hələlik qeydiyyata salınmayıb və tez bir zamanda həll edilərsə sürücü baldan xilas ola bilər.

AzNews.az-a təqdim edilən səs yazısı da deyilənləri təsdiqləyir. Həmin səs yazısında polis əməkdaşı sürücüyə zəng edərək indiki Təbriz (keçmiş Çapayev) küçəsində radara düşdüyünü bildirir. Sənədi özündə saxlandığını və hələlik qeydiyyata salınmadığı deyən yol polisi əməkdaşı sürücünün nə qədər ödəməklə məsələnin həll ediləcəyi barədə sualına konkret cavab vermir və "bunlar telefon söhbəti deyil, əsas odur ki, bal yazmamışam və kitaba düşməyib" deyir. Bununla yanaşı bildirir ki, qayda pozuntusunun cəriməsi 4 bal və 100 manatdır. Sürücünün taksi işlətdiyini eşidən polis əməkdaşı "çörəyin taksidən çıxır, hörmət edərik" cavabını verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzNews.az-a bildirib ki, sürücüləri istənilən vasitə ilə məlumatlandırmaq mümkündür: "Telefonla da, SMS-lə də, ünvana göndərilməklə də sürücüyə məlumat verilə bilər. Bildirişin çatdırılmasında belə müxtəlif üsullardan istifadənin səbəblərinə gəldikdə, burada əsasən yaşayış yeri ilə qeydiyyat ünvanı arasındakı fərq rol oynayır. Yəni qeydiyyat bir ünvana olur, sürücü isə faktiki olaraq başqa ünvanda yaşayır. Buna görə də telefondan, SMS xidmətindən istifadə edilə bilər. Bəzi hallarda isə radiocihaz vasitəsilə qayda pozuntusu vasitəsilə məlumat alan yol polisi əməkdaşı nəqliyyat vasitəsini qarşıda saxlayıb sənədləşdirmə apara bilər. Bütün hallarda tərtib edilən protokolun bir nüsxəsi sürücüyə verilir. Radarlardan əldə edilən fotomateriallar əməkdaşlara yönəldilir və həmin əməkdaşlar sürücünü xəbərdar edir".

V.Əsədovun sözlərinə görə, sürücü verilən məlumata dərhal reaksiya verməlidir: "Hazırda "ağıllı radarlar" vasitəsilə protokollar əsasında 1 gün ərzində məktub hazırlanır və ən geci 2 gün ərzində ünvana çatdırılır. Əgər sürücü 10 gün ərzində ona edilən müraciətə reaksiya vermirsə, onun özünün iştirakı olmadan cərimə təyin olunur. Buna görə də sürücülər onlara edilən müraciətə dərhal reaksiya verməlidir. Əgər 3 ay ərzində cərimə ödənilməzsə, həmin nəqliyyat vasitəsi barədə məlumatlar bazaya daxil edilir və həmin avtomobil müvəqqəti dayanacağa qoyulur".

Bildirişlər ünvana o zaman göndərilir ki, sürücünü yerində saxlamaq mümkün olmur: "O halda bildiriş ünvana göndərilir ki, qayda pozuntusu edən sürücünü yerində saxlamaq mümkün olmur. Avtomatik işləyən radar tərəfindən çəkilən göstəricilər günün sonunda çıxarılır. Sürücünü yerində saxlamaq mümkün olmayanda inzibati xəta haqqında material sənədləşdirilir. Sonra sürücü izahat verməsi üçün polisə dəvət olunur və araşdırılır. Qayda pozuntusu polisin özü tərəfindən aşkar olunubsa və ya hansı cihaz vasitəsilə müəyyən edilibsə, fotoşəkli çəkilibsə fotosurətini, qayda pozuntusu nəzarət kameralarında olduğu zaman isə görüntünü sürücü istənilən vaxt tələb edə bilər".

V.Əsədov bazadan məlumatlaırn əldə edilməsi v beləliklə də başqa məqsədlərlə istifadəsi ilə bağlı məqama da münasibət bildirib: "Bütün məlumatar bazadadır. Ola bilsin ki, kimsə məsələn, öz yaxın adamı ilə bağlı məlumatı orada görsün və ona kömək etmək istəsin. Amma bütün bunlara nəzarət yüksək səviyyədə təşkil olunur. Ümumiyyətlə bizim əməkdaşlar nəinki iş zamanı, hətta işdən sonra da daim nəzarətdədir. Əgər mən şəhərdən 30 km kənara çıxıramsa bununla bağlı məndən izahat alırlar. Rəhbərlik hər bir polis əməkdaşının hərəkətlərin ilə bağlı məlumat əldə edir".

AzNews.az-a daxil olan səsyazmasına gəlincə isə V. Əsədov neqativ halların aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirildiyin bildirib: "Əgər sürücüyə belə bir zəng olubsa müraciətə cavab versin və məsələnin mahiyyətini öyrənsin. Əgər ondan hansısa qeyri-qanuni ödəniş tələb edilirsə, dərhal rəhbərliyə məlumat verə bilər. Rəhbərlik 24 saat ərzində işləyir və hər bir müraciətə dərhal reaksiya verilir".


Elnur
AzNews.az