- Köhnə - Cəmiyyət
- 1 May 2013 12:22
- 1 582
“İslam Partiyasının Milli Şurada təmsilçiliyi mümkündür“
Milli Şura Ziyalılar Forumunun qurucusu, yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun təşəbbüsüdür. Məqsəd müxalif düşərgəni prezident seçkisində vahid güc mərkəzi kimi toparlamaqdır. Milli Şuranın yaradılması danışıqlarında əsas qüvvələr Ziyalılar Forumu, EL hərəkatı, Müsavat və Xalq Cəbhəsi partiyalarıdır.
Eldəniz Quliyev deyib ki, ölkənin demokratikləşməsini istəyən, demokratik düşərgənin birliyini istəyən istənilən siyasi partiya və yaxud mütərəqqi düşüncəli insan Milli Şurada təmsil oluna bilər: "O cümlədən İslam Partiyasının, milli-mənəvi dəyərlər uğrunda mübarizə aparan inanclı kəsimin bu qurumda təmsilçiliyi mümkündür. Azərbaycan əhalisinin əksəriyyəti islam ümmətidir, ona görə də buna çox normal yanaşmaq lazımdır".//mediaforum//
AzNews.az