Bu gün Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb Bu gün Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

Əvəz Zeynallının apelyasiya məhkəməsi başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb



Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə müdafiə tərəfi hakim tərkibinə etirazla bağlı vəsatət verib. Buna səbəb isə həmin tərkibin Ə. Zeynallının avtomobilində, evində və ofisində aparılmış axtarışla bağlı olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxması və təmin etməməsi olub. Proses mayın 3-də davam etdiriləcək.

Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

AzNews.az