06:53
(077) 610-22-33

Vidadi İsgəndərli: “Hakimiyyət məndən qisas alır“

  • >
432 1 May 2013 15:28 | Cəmiyyət

Hüquq müdafiəçisi Vidadi İsgəndərli hakimiyyət tərəfindən təzyiqə və təqibə məruz qalır. Bu barədə o, Media Mərkəzdə keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, aprelin 17-dən 27-dək o, polisin işinə müdaxilə etmək ittihamı ilə inzibati həbs cəzası çəkib. Bunun səbəbi İsgəndərovun polisin münasib olmayan yerdə yol keçdiklərinə görə 20 manat cərimə etdiyi iki tələbə qızı müdafiə etməsi olub.

"Hadisə aprelin 15-də baş verib. Ağlayan tələbə qızın yanından keçib gedə bilmədim. Öyrəndim ki, polis ondan "cinayətə" görə 20 manat alıb. Mən qızlarla söhbət edərkən polislər bizə yaxınlaşdı və mən onlara kasıb tələbələri deyil, zəngin məmurların uşaqlarını cərimələməyi məsləhət gördüm. Bu bəyanatım hüquqazidd əməl kimi qiymətləndirilib və məni 26-cı polis bölməsinə çağırıblar", deyə İsgəndərli bildirib.

Orada onu bir neçə saat yeməksiz və susuz saxlayıblar, ayağına kürsü ilə vurublar, dövlət əleyhinə çağırışlarda və təxribatçı fəaliyyətdə ittiham ediblər. Nəhayət, Yasamal rayon məhkəməsi İsgəndərlini 10 gün inzibati həbsə məhkum edib.

İsgəndərli hesab edir ki, hakimiyyət "Gündəm xəbər" qəzetində korrupsiya haqqında və "Xalq xəbər" saytında insan hüquqlarının pozulması haqqında nəşrlərə görə ondan qisas alır.

"Mənə xəbərdarlıq ediblər ki, öldürə bilərlər, övladlarım haqqında düşünməyimə işarə ediblər. Məndən siyasi fəaliyyətdən imtina etməyimi tələb edirlər", deyə o bildirib.

Onun sözlərinə görə, hədələnən ailəsini ölkədən çıxarmaq xahişi ilə Fransanın Bakıdakı səfirliyinə müraciət edib. Bu günlərdə səfirlik ona imtina cavabı verərək, bunu Azərbaycan hakimiyyətinin etirazı ilə əsaslandırıb.

"Beləliklə hakimiyyət mənim ailəmi girov saxlayır", deyə İsgəndərli bildirib. O, həmçinin deyib ki, axşam ABŞ səfirliyində olub, başına gələn hər şeyi danışıb.//musavat.com//

AzNews.az
Bağla X