“Ona televiziyalarda məhdudiyyət qoymaqla özünü gözə soxmaq istəyənlər...” “Ona televiziyalarda məhdudiyyət qoymaqla özünü gözə soxmaq istəyənlər...”

Millət vəkilindən Nazpəriyə dəstək - STATUS

“Ona televiziyalarda məhdudiyyət qoymaqla özünü gözə soxmaq istəyənlər...”



Xalq artisti Nazpəri Dostəliyevaya bəzi telekanalların qadağa qoyması məsələsinə millət vəkili Fazil Mustafadan kəskin reaksiya gəlib.

AZNEWS.AZ xəbər verir ki, millət vəkili bu barədə öz "facebook" səhifəsində paylaşdığı statusunda yazıb. F.Mustafa həmin statusunda eyni zamanda Hafiz Paşayevin Cəmil Həsənlinin kitabına ön söz yazmasını nümunəvi hal kimi göstərib. Millət vəkilinin yazdıqlarını olduğu kimi təqdim edirik:

"Dünən dəyərli alimimiz Cəmil Həsənli, Azərbaycanın Tarixi şəxsiyyətləri silsiləsindən Əlimərdan Bəy Topçubaşova həsr etdiyi yeni nəşr olunan kitabını mənə göndərmiş. Kitab həqiqətən də ciddi bir tədqiqat nümunəsi olmaqla yanaşı, bu böyük tarixi şəxsiyyətin ruhu qarşısında edilən ən böyük xidmətlərdən biri kimi qiymətləndirilməlidir. Kitaba ön sözü Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev yazıb. Bunu ona görə vurğulayıram ki, Hafiz müəllimin bu hərəkəti indiki dövrümüzdə təqdir olunası bir siyasi mədəniyyət nümunəsi olaraq qeyd olunmalıdır. İnsanlar siyasətin fərqli qütblərində ola bilərlər, ancaq, bu vətən də, bu millət də, onun tarixi şəxsiyyətləri, o cümlədən Əlmərdan bəy Topçubaşov da ortaq dəyərlərimizdir, bu kimi məsələlərdə ortaq layihələrin gerçəkləşməsindən qorxmaq, çəkinmək olmaz. Tanınmış bir müğənnini müxalifət nümayəndəsinin oğlunun toyunda iştiraka görə televiziyalarda məhdudiyyət qoymaqla özünü gözə soxmaq istəyənlər bu mövzu barədə daha əqli-səlim düşünsələr daha doğru olardı".

Azər
AzNews.az