05:55
(077) 610-22-33

Əflatun Amaşov: “Azərbaycanda azad mətbuat mövcuddur“

  • >
2 846 2 May 2013 09:06 | Cəmiyyət



Beynəlxalq Mətbuat Mərkəzində Prezident Yanında Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Milli Teleradio Şurası və Azərbaycan Mətbuat Şurası tərəfindən "Ümumdünya Mətbuat Azadlığı Günü"nə həsr olunan seminar çərçivəsində "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda tədbir keçirilir.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb və "Ümumdünya Mətbuat Azadlığı Günü"ü haqda məlumat verib. O, bu tarixin əhəmiyyəti haqda danışaraq, Azərbaycanda da azad mətbuatın mövcud olduğunu deyib: "Artıq son zamanlar baş verən hadisələrin yayılması göstərir ki, ölkənin bütün məntəqələrində baş verən hadisələr mətbuat tərəfindən işıqlandırılır. Bununla paralel sosial şəbəkələr də inkişaf mərhələsindədir".

Ə. Amaşov qeyd edib ki, Azərbaycanın söz azadlığı ilə bağlı qanunvericilik mükəmməl və hətta bəzi dövlətlərin qanunlarından təkmildir. Ə. Amaşov mətbuatın reklamla bağlı axsamalarının tez bir zamanda öz həllini tapacağını da söyləyib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müstəqillik illərində azad mətbuatın bünövrəsi qoyulub və inkişaf edir. O dövlətin media sahəsində gördüyü mühüm işlərdən bəhs edərək bildirib ki, Azərbaycanda mövcud medianın durumunun yaxşılaşdırılması istiqamətinə tədbirlər durmadan davam etdirilir.//musavat.com//

AzNews.az

Bağla X