06:54
(077) 610-22-33

“Müxalifət iqtidarı qaralamaqla cəmiyyətdə gözdən salmağa çalışır“

  • >
399 2 May 2013 09:10 | Cəmiyyət

"Hər il olduğu kimi bu ildə BMT-nin qərarı ilə qeyd olunan "Media günü" Azərbaycandan da yan keçməyib. Media təmsilçiləri ilə bu günü qeyd edirik. Söz, mətbuat azadlığını dəyərləndiririk. Müstəqillik illərdə biz gələcək inkişafın bünövrəsini qoymuşuq və bu davam edir".

Bu sözləri Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O, qeyd edib ki, demokratik dövlət və bu dövlətin həyatında ictimai-siyasi institutlar olmalıdır. O cümlədən cəmiyyətdə gedən prosesləri ortaya çıxaran mətbuat olmalıdır.

"Demokratik dövlət odur ki, insanlar öz iradəsi ilə hakimiyyəti formalaşdırır. Mətbuat, QHT-lər bu yolda köməkçi olurlar. Azərbaycanda media tarixinə qızıl hərflər yazılmış senzuranın ləğv olunması 1998-ci ilə həyata keçirildi. Bu, Azərbaycan mediasının gələcək inkişafının əsas hissəsi olub. O dövrdən başlayaraq media azadlığı təmin etməyi prioritet məsələ kimi qarşıya qoyulub. Bu gün medianın bütün problemləri aradan qaldırıldığını mətbuatın problemlərini həll etdiyimizi demək düzgün olmaz. Problemlər hələ də var. 1998-ci ildən sonra məhkəmələrdə xeyli jurnalist həbs olundu. Getdikcə bu məsələlər rəvan bir məcraya düşüb. Azərbaycanda hazırda azad mətbuat mövcuddur. Heç kim istənilən məlumatı toplaya bilməməsindən şikayət edə bilməz. Heç kim onun fəaliyyətinin dayandırılmasından şikayət edə bilməz. Bütün dünyada olduğu kimi, jurnalist döyülməsi-filan bizdə də olur".

Ə. Həsənov Azərbaycanda medianın siyasi qurumlar ətrafında birləşdiyini vurğulayıb.

"İqtidaryönlü mətbuat çalışır ki, yalnız iqtidarın yaxşı tərəfini göstərsin. Müxalifət isə ancaq iqtidarı qaralamaqla cəmiyyətdə gözdən salmağa çalışır. Müstəqil media isə azda olsa var və o, inkişaf edir".

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, hər bir jurnalist məlumatın necə toplanmasını və tərəflərin necə mövqeyini vermək olduğunu bilməlidir.
"Əgər biznes mediadan kənarda yaşayırsa, media öz yolunda işləyirsə, bu, problemdir. Dünyanın bütün yerlərində medianın inkişafı əsas məsələdir. Biz mətbuata şərait yaratmalıyıq, kiməsə yox. Jurnalist öz qələminə güvənsin. Belə jurnalistikanı arzu edirik".//modern.az//

AzNews.az
Bağla X