00:33
(077) 610-22-33

“Hacıbala Abutalıbov göndərdiyi qadınla “torbamı” tikdi”

  • >
539 2 May 2013 10:01 | Cəmiyyət

BAKI MERİNDƏN PREZİDENTƏ ŞİKAYƏT OLUNACAQ




Əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov bir neçə gün öncə AzNews.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu xeyli tərifləmişdi: "İqtidar komandasında iki işləyən varsa, onun biri Hacıbala Abutalıbovdur". Amma dünən "Yeni Müsavat" qəzetinə aşıqlamasında dediklərinin tam əkslərini söyləyib və Hacıbala Abutalıbovun hərəkətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.

Bununla bağlı AzNews.az-a açıqlamasında dedi ki, o, Hacıbala Abutalıbovun ünvanına işlətdiyi xoş ifadələri guya, onu ələ salmaq mənasında deyib: "37-ci il davam edir. Mən bununla bağlı elə bu gün prezidentə müraciət edəcəm. Hacıbala balalarının canına and içib, sonra da onun üstündən keçdi. Onun əlaltıları var, bu işi həmin adamların əli ilə görür. Bu boyda kişi üstümə xanım göndərdi. Bu xanım da məni 12 gün avara edib, sonda da torbamı tikdi. Məni heç kim evimdən çıxara bilməz. Gəlib evimi bərpa etsinlər. Elə prezidentə müraciətin də əsasını bu təşkil edir. Şeyx evini fırıldaq, haram adamlara satmır. Mən Hacıbala Abutalıbov haqqında o sözü ironiya, ələ salmaq, ifşa etmək mənasında demişəm. Topum yox, tüfəngim yox. Haqqımı tələb edirəm. Kişi sözü var. Hacıbala Abutalıbov dövlət idarəsini balalarının canına and içməklə məni yola verdi. O mənə dedi ki, iki balamın canına and olsun ki, mən sənin işini həll edəcəm. Bunun məqsədi nədir? Şeyxin balaca komasının hesabına pul qazanmaq, milyonlar əldə etmək istəyirlər? Onsuz da buradan milyonlar qazanırlar da. Bunlar xalqın qanını sorurlar".

Bahar Rüstəmli
AzNews.az
Bağla X