“Kinemetrics” şirkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov Azərbaycanda səfərdədirlər “Kinemetrics” şirkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov Azərbaycanda səfərdədirlər

Xəzərdə ilk sualtı seysmik stansiya

“Kinemetrics” şirkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov Azərbaycanda səfərdədirlər



Səfər AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar", "Ümid" və "Günəşli" yataqlarının yaxınlığında quraşdıracağı dənizdibi seysmik stansiyaların layihələndirmə işləri ilə əlaqədar həyata keçirilir.

RSXM-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Mərkəzin baş direktoru Qurban Yetirmişli ilə görüşüblər. Dənizdibi seysmik stansiyaların quraşdırılması ilə bağlı layihənin son tamamlanma işləri üzrə aparılan müzakirələrdə ARDNŞ, "Xəzərneftqaz" layihə İnstitutu və Xəzər dəniz Neft Donanmasının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı MDB məkanında ilk dəfə olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılacağı qeyd edilib. İlkin quraşdırma işlərinin "Bahar" yatağı ətrafında aparılması nəzərdə tutulub.

Qeyd edək ki, gələcəkdə bu stansiyaların sayının 10-a çatdırılması nəzərdə tutulur ki, bunun vasitəsi ilə də Xəzər dənizinin Azərbaycan sektoru boyunca dənizin dibindəki seysmik aktivliyi daha yaxşı öyrənmək mümkün olacaq.


AzNews.az