10:51
(077) 610-22-33

“Bu gün çərçivədən kənar efir mədəniyyətinə gəlib çıxmışıq“

  • >
301 2 May 2013 10:11 | Cəmiyyət

"Hazırda televiziyalarda yayımlanan siyasi verilişlər 10 faiz, digərləri isə 90 faizdir. Bizə isə deyirlər ki, bu rəqəm 10 faizin üzərində olmalıdır. Hazırda bunun üzərində işləyirik".

Bunu Milli Televiziya və radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu gün keçirilən "Ümumdünya Mətbuat Azadlığı Günü" münasibətilə keçirilən tədbirdə deyib.

O, eyni zamanda televiziyada dil və üslub məsələlərinin pozulması ilə bağlı Azərbaycan telekanallarında Bədii Şuranın yaradılmasına başladıqlarını da bildirib.

"Yaxın vaxtlarda bununla bağlı mətbuata açıqlama verəcəyik. Səlahiyyətlərimiz çərçivəsində biz yalnız məsləhət verə bilərik".

N.Məhərrəmli bu gün çərçivədən kənar efir mədəniyyətinə gəlib çıxdığımızı qeyd edib. "Bu barədə iş televiziya rəhbərlərinin üzərinə düşür, hər kəsi də efirə çıxarmaq olmaz. Cəmiyyətdə hər hansı mövqe tutacaq insan efirə çıxa bilər. Aparıcı 9 milyonluq auditoriyanı nəzərə almalıdır".

Rəqəmsal yayım məsləinə toxunan MTRŞ sədri vurğulayıb ki, hazırda onlar bu məsələ ilə məşğuldurlar. "Biz bu ilin axırı rəqəmsal yayıma keçəcəyik. Bir çox televiziyalar buna hazırdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı işlərin çox hissəsini görüb. Məlum olduğu kimi bu yaxınlarda peykimiz orbitə qalxdı. Bu da kanallarımızın daha yaxşı yayımlanamsı gətirib çıxaracaq".//modern//

AzNews.az
Bağla X