“ÇOX ACINACAQLI VƏZİYYƏTDİR” “ÇOX ACINACAQLI VƏZİYYƏTDİR”

Əcnəbi idmançılara pasport qanunsuz verilir - HESABAT

“ÇOX ACINACAQLI VƏZİYYƏTDİR”

Azərbaycanda əcnəbi idmançılara sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsi qanunla mümkün olsa da, bu sahədə qanun pozuntuları var.

Bu barədə məlumat Tender Monitorinq Mərkəzi ictimai birliyi tərəfindən QHT-lərin konsersumu ilə birlikdə həyata keçirilən "Azərbaycanda idmana qoyulan sərmayə və bu sahədə şəffaflığın təmin edilməsi" layihəsinin hesabat təqdimatında bildirilib. Məlumata görə, əcnəbi idmançılar şəxsiyyət vəsiqəsi almadan və yaşayış yeri üzrə qeydiyyata salınmadan Daxil İşlər Nazirliyi tərəfindən pasportla təmin olunurlar.

"Pasport idmançının özünə yox, təşkilatçılara verilir və bu çox acınacaqlı vəziyyətdir".

Bu siyahıda Azərbaycanı son Olimpiya Oyunlarında təmsil edən 15 əcnəbi idmançının da adı var. Bunlar Xetaq Qazimov, Şalva Qadabadze, Mariya Sadnik,Valentin Xristov, Valentin Demyanenko, Dmitri Marşin , Hayli İbrahimov, Soltan Migittinov və başqalarıdır. Hesabatda bu əcnəbi idmançılara DİN tərəfindən verilən pasportların nömrələri də əksini tapıb.

Elnarə
AzNews.az