“Jurnalistlərə ev verilərkən 3 prinsip əsas götürüləcək”

"Bu gün jurnalistlərə şəffaf formada maliyyə dəstəyi olur, mənzil veriləcək"

Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O qeyd edib ki, jurnalistlərə tikilən evlərin mənzilləri paylanarkən üç prinsip əsas götürüləcək.

"Mənzillər Azərbaycan mediasında xidməti olan, haqqı olan və ehtiyacı olan jurnalistlərə veriləcək. Əgər xidməti olan 1000-dən artıq jurnalist olarsa, bu zaman onların içindən haqqı olanları, yenə say çox olarsa, onda onların da arasından daha çox ehtiyacı olanları seçəcəyik. Jurnalist qələminə güvənməlidir. Bilməlidir ki, onun qələmi azad jurnalistikaya, dövlətinə, xalqına xidmət edəcək. Azərbaycana belə jurnalist lazımdır. Dövlət buna maliyyə ayırmağa hazırdır".

AzNews.az