05:25
(077) 610-22-33

Siyavuş Novruzov: “Freedom House“nin hesabatı əhəmiyyətsizdir“

  • >
229 2 May 2013 10:56 | Cəmiyyət

""Freedom House" QHT-dir. Bir QHT isə yalnız öz ölkəsində fəaliyyət göstərə bilər"

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Freedom House" beynəlxalq təşkilatının Azərbaycanla bağlı yeni hesabata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təşkilat bununla Azərbaycana təsir etmək istəyir: "Onların yazdıqları bizim üçün əhəmiyyətsizdir. "Freedom House" QHT-dir. Bir QHT yalnız öz ölkəsində fəaliyyət göstərə bilər. Azərbaycan 20 ildir ki, müstəqildir. Bu 20 il ərzində təşkilat Azərbaycana qarşı həmişə qərəz nümayiş etdirib. Siyasi, iqtisadi durum baxımından Azərbaycandan qat-qat aşağıda olan ölkələr haqqında heç belə məlumatlar yaymırlar. Bəzi müxalif media qurumlarının və jurnalistlərin yazdıqlarına əsaslanıb belə mövqe nümayiş etdirirlər. Bu təşkilatla Azərbaycan heç bir əməkdaşlıq edə bilməz".

Qeyd edək ki, "Freedom House" un yeni hesabatında Azərbaycan 82 balla "azad olmayan ölkələr" cərgəsindədir. Bakı əvvəlki göstəriciləri ilə müqayisədə 2 bal geriləyib. Hesabatın müəllifi Karin Karlikarın sözlərinə görə, bu, Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərin artması və informasiyanın əldə edilməsi ilə bağlı qanunvericilikdə edilən düzəlişlərlə bağlıdır.

AzNews.az
Bağla X