İncəsənət xadimlərinə verilən mükafatın məbləği açıqlandı

Dövlət başçısı İlham Əliyev dünən 131 incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az bu mükafatın məbləğinin nə qədər olduğunu araşdırıb.

"Prezident incəsənət xadimlərinə hər il mükafat verir və hər il də bu siyahı təzələnir".

Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib. O, qeyd edib ki, hər ilin may ayında verilən mükafat 500 manat məbləğindədir.

"Gələn ilin may ayında o siyahı təzələnəcək. Orada köhnə siyahıdan qalanlar da ola bilər, yeniləri də əlavə oluna bilər"-deyə İ.Hümbətov bildirib.

AzNews.az