06:54
(077) 610-22-33

İsmayıllı rayon sakinlərinə iş təklifləri

  • >
292 2 May 2013 12:06 | Cəmiyyət

İsmayıllı icra hakimiyyəti rayonda boş qalmış iş yerlərinə qəbulla bağlı elan verib.

Icra hakimiyyətinin saytında verilən xəbərə görə, vakant olan iş yerləri arasında İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə direktor, Mədəniyyət və Turizm şöbəsinə direktor müavini, Lahıc Tarix-Diyarşünaslıq Muzeyinə direktor kimi vəzifələr də var.

Rayon sakinlərinə vakant olan iş yerləri ilə bağlı ətraflı məlumat almaq üçün Rayon Məşğulluq Mərkəzinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, bir müddət əvvəl icra başçısı Mirdamət Sadıqov yerli sahibkarlara və iş adamlarına rayon sakinlərini işə götürməkdə üstünlük vermələri ilə bağlı tapşırıq vermişdi.

AzNews.az
Bağla X