18:14
(077) 610-22-33

Azərbaycanda qəzetlərin online satışına başlanıldı

  • >
250 2 May 2013 13:23 | Cəmiyyət

Mayın 2-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) qəzet və jurnalların onlayn satışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib ki, tədbirin keçirilməsində məqsəd qəzetlərin internet üzərindən onlayn (pdf formatı) satılmasının tətbiqinə başlanılmasıdır: "Bu sistemin tətbiqi Amerika və Avropa ölkələrində çoxdan tətbiq olunub. Azərbaycanda onlayn qəzet satışının təşkil olunması ilə bağlı layihə bir neçə ildir hazırlanıb. Müəyyən problemlərlə bağlı sistemin həyata keçirilməsi bir qədər uzadıldı".

Layihə ilə bağlı geniş məlumat verən "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, qəzetlərin onlayn satışı yeni yaradılan "mediapark.az" saytı vasitəsi ilə həyata keçiriləcək:"Yeni sistemin tətbiqi sayəsində qəzet oxucuları çox asanlıqla istədikləri nəşri internet üzərindən nisbətən ucuz alaraq öz kompeterlərinə endirə və ya onlayn olaraq oxuya biləcəklər. Bu sistemin bir çox üstünlükləri var. Siz saytda daxil olarkən özünüzə oxu zalı yaradacaqsınız. Beləcə istədiyiniz nəşrin hər hansı bir nüsxəsini çox asanlıqla tapıb, əldə edə biləcəksiniz".

A.Əliyev daha sonra bildirib ki, internet və televiziya kanalları ilə rəqabət apara biləcək bu sistemin qısa zaman içərisinə geniş kütləni əhatə edəcəklərini düşünür. Konfrans zamanı yeni yaradılan "mediapark.az" saytının da təqdimatı keçirilib.

Qeyd edək ki, tədbirin təşilatçlıları i "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, "Altun-kitab" nəşriyyatı və ERA-C şirkəti idilər.//musavat.com//

AzNews.az
Bağla X