00:34
(077) 610-22-33

Avtobus operatorlarının sayı maksimum azaldılacaq

  • >
217 2 May 2013 13:50 | Cəmiyyət

Nəqliyyat Nazirliyi avtobus operatorlarının sayını maksimum azaldacaq. Bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Biz bu gün əhaliyə avtobuslarda gediş üzrə xidmət göstərən şirkətlərin sayını maksimum şəkildə azaldacağıq. Düşünürəm ki, ilin sonuna kimi belə şirkətlərin sayı 3, ən çoxu 5 olacaq. Keçid dövründə onların sayı çox olub, buna görə də indi səmərəli seçim etmək lazımdır. Biz belə böyük sayda şirkətlərə nəzarət edə, hər dəfə onları ayrı-ayrılıqda cəzalandıra və s. bilmərik", - nazir müavini deyib.

Onun sözlərinə görə, bu o demək deyil ki, onlar hamısı işsiz qalacaq.

"Mövcud şirkətlər birləşərək daha keyfiyyətli xidmətlər göstərən daha böyük şirkətlər yaradacaq. Şirkətlərin sayı az olarsa, onlara nəzarət etmək asan, xidmətlərin keyfiyyəti isə yüksək olacaq", - Pənahov qeyd edib.//trend//

AzNews.az
Bağla X