00:19
(077) 610-22-33

“Tünzalə getsin hoppanmağının dalıyca“

  • >
315 2 May 2013 14:40 | Cəmiyyət

Əməkdar artist Tünzalə Ağayevanın mətbuata verdiyi son açıqlama birmənalı qarşılanmayıb.

Müğənni Nazpəri Dostəliyevanın İsa Qəmbərin oğlunun toyunda oxumasına haqq qazandırıb: "Bizim üçün iqtidar-müxalifət fərqi yoxdur. Bu heç bir halda vətənə, millətə, dövlətə, dövlət başçısına xəyanət kimi qiymətləndirilə bilməz. İnsanların öz ölkəsinin dəyərlərinə xəyanəti belə şeylərlə ölçülmür. Bu cür söhbətlər heç kimə başucalığı gətirməz. Nazpəri xanımın o toyda iştirakını məqsədli şəkildə şişirdənlər ən azı utanmalıdır. Bilirsiniz, incəsənət adamları bu xalqdan olan hər kəsindir. Sənət bu baxımdan çox azaddır. Mənim qarşınızda çıxışım sizin siyasi baxışınızdan necə asılı ola bilər? Önəmli olan saf, düzgün, vicdanlı insan olmağınızdır. Sizin siyasi baxışınız nə olursa-olsun siz vicdanlı birisinizsə, mən də sizin toyunuzda iştirak edərəm".

Azxeber.com məlum açıqlamayla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin münasibətini öyrənib. Bundan öncə Nazpəri Dostəliyevanı da sərt tənqid edən partiya sədri yenə kəskin danışıb: "Məndə olan məlumata görə, Nəzpəri Dostəliyeva İsa Qəmbərin oğlunun toyunda deyib ki, İsa Qəmbər prezident seçiləcək. Daha sonra müğənni toyda üç saat ayaq üstdə çıxış edib. Hakimiyyətdə olan bəzi nazirlər var ki, prezidentimizin çörəyini yeyib, həmin müğənniləri maliyyələşdirir. Tünzalə Ağayeva da, Nazpəri də həmin müğənnilərdəndir. Onun etdiyi hərəkət və dediyi sözlər yolverilməzdir. Ölkədə seçki ilidir və cənab prezidentimizin, Azərbaycanın birinci xanımının gördüyü işlər danılmazdır.

Mən qatı müxalifətçiyəm, amma mən bu gün prezidentimizin etdiklərini görüncə, onları dana bilmirəm və biz ortaq məxrəcə gəlməyə çalışırıq. Amma Tünzalə Ağayeva getsin o sözlərini səviyyəsi olmayan adamlara desin. Əgər o vicdanlı insandırsa müxalifətə haqq qazandırmaz. Partiya sədri deyib ki, ikibaşlı oyun oynayan şəxslərə nifrət edir: "Bu gün ölkə prezidentinin çörəyini yeyib, müğənniləri saxlayan nazirlər var ki, onlara bahalı bağlar, lüks maşınlar alırlar və bu müğənnilər də gedib İsa Qəmbərin təbliğatı ilə məşğul olurlar. Mən ikibaşlı oyun oynayanlara nifrət edirəm. Tünzalə Ağayeva getsin öz işiylə məşğul olsun. Sizin vasitənizlə ona səslənirəm: "Ay Tünzalə, get hoppanmağının dalıyca, işinlə məşğul ol !" Sənin Azərbaycan cəmiyyətində yerin yoxdu, sən İlham Əliyevin çörəyini yeyirsən və ona qarşı çıxırsan. Sizin mənəviyyatınız yoxdur. Tünzalə Ağayeva Nazpəriyə bəraət qazandırırsa, onda Tünzalə də Nazpərinin tayıdır. Getsin öz işləri ilə məşğul olsunlar, getsinlər özlərinə müştəri axtarsınlar, iqtidara qarşı çıxmasınlar".

Hafiz Hacıyev daha sonra bildirib ki, Azərbaycan hakimiyyəti möhkəm əllərdədir və heç kim xalqla hakimiyyətin arasına girə bilməz: "Tünzalə Ağayeva çox savadsız, tərbiyəsiz adamdır. Sadəcə onu saxlayan, bağ alan adamlar var. Tünzalə Ağayeva bilməlidir ki, Azərbaycanda iqtidar və müxalifət anlayışı var. İstər o, istərsə də onu saxlayan məmurlar bilməlidirlər ki, Azərbaycanın İlham Əliyev kimi prezidenti var və xalq onun daim ətrafındadır. Tünzalə Ağayeva isə getsin müxalifətinin yanına və "hoppanmağının dalıyca".

Biz imkan verməyəcəyik ki, öz ailəsinə rəhbərlik edə bilməyən Qəmbərovlar, Kərimovlar hakimiyyətə gəlsinlər. Azərbaycan hakimiyyəti möhkəm əllərdədir və bu siyasət sonunadək davam etdiriləcək".

AzNews.az
Bağla X