14:46
(077) 610-22-33

CASCFEN təşkilatı Qırğızıstanda memorandum imzaladı

  • >
309 3 May 2013 11:44 | Cəmiyyət

Orta Asiyada uzunmüddətli səfərdə olan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət aprelin 26-da Qazaxıstanın paytaxtı Astanada "Hüquq Media Mərkəzi" İctimai Fondu ilə qarşılıqlı dəstək və işbirliyi haqqında memorandum imzalayıb.

CASCFEN-dən verilən məlumata görə, təşkilat Qırğızıstanda daha bir memorandum imzalayıb. 3 May Ümumdünya Mətbuat Azadlığı Günündə adı çəkilən təşkilatla həmin ölkədə fəaliyyət göstərən "Jurnalistlər" İctimai Birliyi arasında "Qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək yönündə işbirliyi haqqında" memorandum imzalanıb. Sonuncu Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) və Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) üzvüdür.

Memorandumla tərəflər informasiya mübadiləsi, beynəlxalq təşkilatlarda və tədbirlərdə qarşılıqlı şəkildə bir-birilərinin mənafeyini qorumaq, eyni zamanda təmsil etdikləri ölkələrdə ifadə azadlığının, jurnalistlərin hüquq və azadlıqlarının qorunmasında birgə addımlar atmaq barədə öhdəlik götürür.

Memorandumda o da qeyd edilib ki, tərəflər informasiya mübadiləsi zamanı yalnız qanunla qorunmayan və ümumaçıq informasiyalardan istifadə edə bilərlər.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində CASCFEN baş təmsilçiliyinin ofisində baş tutan imzalanma mərasimində qurumun Orta Asiya üzrə baş təmsilçisi Ramiz Məşədihəsənli və Qırğızıstanlı diplomat, fövqəladə və səlahiyyətli səfir Kuban Mambetaliyev iştirak edib. Sənədi CASCFEN-in adından sədr Azər Həsrət, "Jurnalistlər" İB-nin adından isə qurumun İdarə Heyətinin sədri Marat Tokoyev imzalayıb.

AzNews.az
Bağla X