11:07
(077) 610-22-33

İlham Əliyev Cüdo Federasiyasının prezidenti ilə görüşdü

  • >
373 3 May 2013 13:37 | Cəmiyyət

Azərbaycan prezidenti İlham Əliyev Cüdo Federasiyasının prezidenti Marius Vizeri və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, "Formula 1"də Ferrari komandasının baş idman direktoru Jan Todu qəbul edib.

Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, idmanın bütün sahələrinin inkişafı üçün yaradılan infrastruktur layihələrinin önəmi qeyd olunub.

Azərbaycandakı müvafiq qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Cüdo Federasiyasının prezidenti Marius Vizerin və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, "Formula 1"də Ferrari komandasının baş idman direktoru Jan Todun Azərbaycana səfərinin bu təşkilatlarla ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

AzNews.az
Bağla X