21:34
(077) 610-22-33

Neftçilər prospektindəki yeraltı dayanacaq - VİDEO

  • >
394 3 May 2013 15:04 | Cəmiyyət

Avtomobil sıxlığını azaltmaq üçün həm də parkinqlərin sayı artırılmalıdır. Dayanacaqlar inşa olunmalıdır. Artıq Bakının bir neçə nöqtəsində dayanacaqlar inşa olunur. Bunlardan biri Azadlıq meydanında tikilir və artıq son tamamlama işləri gedir. Yekun işləri əsasən qaynaqçılar və rəngsazlar görür.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, Dayanacaq öz böyüklüyü ilə diqqət çəkir. Burada eyni vaxtda 1800-ə yaxın avtomobil park etmək mümkün olacaq. Avtodayanacaq yeraltı tipli olduğundan, havalandırma sisteminə daha çox diqqət yetirilib. Həmçinin təhlükəsizliyi təmin etmək üçün, müşahidə kameralarından istifadə olunacaq. Yanğın təhlükəsizliyini təmin olunması üçün binada yanğın söndürən qurğular quraşdırılır.

Dayanacağın hər mərtəbəsinə görə avtomobillər üçün bir giriş və bir çıxış nəzərdə tutulub. Bundan əlavə, piyadaların istifadəsi üçün 4 çıxış inşa edilib. Binanın texniki göstəricilərinə gəlincə, çalışan mütəxəssislər bildirir ki, dayanacaq istər seysmoloji, istərsə yükə davamlı olmaq baxımından etibarlıdır.

Mühəndis Famil Hidayətov: "Yeraltı dayanacaq 9 bala nəzərdə tutulub. Həmçinin parad zamanı müxtəlif ağır texnikanın keçməsi də nəzərə alınıb".

İnşasına 2011-ci ildən başlanılan dayanacağın yaxın müddətdə istifadəyə veriləcəyi gözlənilir.


AzNews.az

Bağla X