- Köhnə - Cəmiyyət
- 3 May 2013 20:36
- 2 010
Vüqar Zifəroğlu: “Xalidə Xalidin həbs edilməsi narahatlıq doğurur“
"AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin İranda heç bir ciddi əsas olmadan həbs edilməsi narahatlıq doğurur. Ümumiyyətlə, bu ölkəyə səfər edən yazar və düşüncə sahiblərinin hər dəfə həbs təhlükəsi ilə üz-üzə qalması artıq mütəmadi hal almaqdadır ki, bu bir Azərbaycan vətəndaşı və ziyalısı olaraq bizləri ciddi şəkildə narahat etməkdədir. Bu cür hallar iki ölkə arasında münasibətlərin normal axara düşməsi üçün böyük maneə kimi qiymətləndirilməlidir. Biz ümid edirik ki, İran tərəfi bununla bağlı rəsmi şəkildə öz mövqeyini ortaya qoyacaq və həbs edilən Azərbaycan vətəndaşları azad ediləcəklər. Bir ziyalı olaraq hadisələri izləyir və Xalidə xanımın azadlığa çıxması və tezliklə vətənə qayıtması üçün gərəkən addımları atmağa hazır olduğumuzu bildirmək istəyirik".//publika.az//
AzNews.az