- Köhnə - Cəmiyyət
- 4 May 2013 09:26
- 1 688
Yeni təhsil naziri ictimaiyyət qarşısına çıxdı
Mərasimdən əvvəl mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət edilib.Gülüstan sarayında keçirilən tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Yeni Azərbaycan Partiyasının icra katibi sədr müavini, Milli Məclisin üzvü Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, dövlət nümayəndələri, millət vəkilləri, rektorlar, müəllimlər və inşa müsabiqəsinin qalibləri iştirak edirlər.
Qeyd edək ki, müsabiqə artıq 7-ciildir ki, keçirilir. Bu ilki müsabiqədə 85 nəfər qalib elan olunub. Onlardan 8 nəfəri birinci yer, 7 nəfər 2-ci yer, 16 nəfər 3- cü yer, 54 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
AzNews.az.