"ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “prezident hökmranlıq edir!” deyirsə, onu topa tutmaq doğru deyil" "ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “prezident hökmranlıq edir!” deyirsə, onu topa tutmaq doğru deyil"

“Proporsional seçki sisteminin ləğv olunmasının səbəbkarı mənəm“

"ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “prezident hökmranlıq edir!” deyirsə, onu topa tutmaq doğru deyil"




KXCP mətbuat xidməti ölkədəki ictimai-siyasi durumla və bir sıra məsələlərlə bağlı partiyanın sədri Mirmahmud Mirəlioğlunun açıqlamalarını yayıb.

"Yeni Müsavat"a göndərilən açıqlamalarda Azərbaycanda söz azadlığına qarşı edilən təzyiqləri kəskin şəkildə tənqid edən partiya sədri haqq sözünün gec-tez qalib gələcəyini vurğulayıb.

Konkret sifarişlər əsasında fəaliyyət göstərən media qurumlarının sayının getdikçə artdığına diqqət çəkən M.Mirılioğlu belə bir mənzərə fonunda ölkədə cərəyan edən hadisələrin ictimaiyyətə olduğu kimi çatdırılmadığından təəssüf hissi keçirdiyini qeyd edib.

M.Mirəlioğlu bildirib ki, əgər indi ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı "prezident hökmranlıq edir!" deyirsə, onu topa tutmaq doğru deyil: "Bizlər bunu ilk gündən bildirmişdik. Sağ olsunlar ki, gec də olsa deyirlər. İndi durub onları "topa tutmaq" lazım deyil ki, niyə bunları indi deyirsən? Ona bu gün sərf edir, bu gün deyir".

Bəzi tarixi məsələlərin gündəmə gəlməsi üçün zamana ehtiyac olduğunu deyən partiya sədri, bu gün Elşad Abdullayevin "alver videosu"nun xalqın səfərbərliyi üçün lazımi fakt olmasından söz edib. Bəzi məsələlərin isə daha sonra açıqlanmasının önəmini bildirən partiya sədri zamanı gəldikcə hər şeyi deyəcəklərini bəyan edib: "2000-ci ildə bir deputat mandatından imtina eləməklə Heydər Əliyevi Konstitusiyada dəyişiklik etməyə biz məcbur eləmişik. Mən məcbur eləmişəm. Proporsional seçki sisteminin ləğv olunmasının səbəbkarı mənəm, mənim deputat mandatımdan imtina etməyimdir".

Mövcud hökumət tərəfindən "anti-milli ünsürlər" kimi ifadələrə rast gəlindiyini qeyd edən M.Mirəlioğlu, bu məsələlərə fikir vermədən xalqı polis xofundan çıxarmağın vacibliyini vurğulayıb: "Kimdir milli? Kimdir ünsür? Kimdir anti-milli? Bütün bunların hamısı ortadadır. Amma yenə də bu ifadə deyilir. Ya məcburi deyilir, ya da hansısa səbəbdən bunu edirlər. İndi biz bununla öz yolumuzdan dönməliyik ki, bəs xətrimizə dəyib. Əsla! Bu gün Azərbaycan xalqının bəlli polis xofundan ayılmasının vaxtıdır. Artıq camaatın hansısa müzakirələrə son verərək birlikdə hərəkətə keçməsinin zamanıdır. Millətin səfərbər olma ilidir. Əsas məsələ bir olub, birlikdə olub bu hakimiyyəti mədəni şəkildə yola salmaqdır. Bundan sonra daha qəliz işlər var. Yəni haqqı nahaqdan ayıraraq ədalətlə hökm vermək".

AzNews.az