Azərbaycan Milli Məclisinin deputatı Qənirə Pşayeva Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) mükafat alıb Azərbaycan Milli Məclisinin deputatı Qənirə Pşayeva Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) mükafat alıb

Qənirə Paşayevaya mükafat verildi

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Pşayeva Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) mükafat alıb



Bununla bağlı keçirilən mərasimdə ŞKTC-nin millət vəkili Zorlu Töre bildirib ki, Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin hər zaman yanında olub, ŞKTC və Şimali Kipr türklərinin ilə bağlı çox sayda məqalələr və 2 kitab yazaraq, həqiqətlərin daha geniş yayılmasına böyük dəstək göstərib. Eyni zamanda Şimali Kipr türklərinin səsini beynəlxalq platformalar da daxil olmaqla, bütün platformalarda duyurub və duyurur.
Bunlar nəzərə alınaraq Q.Paşayevaya ŞKTC parlamentinin xüsusi mükafatı və ŞKTC-nin bayrağı verilib.

Mükafatı və bayrağı böyük məmnuniyyətlə qəbul edən millət vəkili Qənirə Paşayeva ŞKTC-nin millət vəkili Zorlu Töreyə təşəkkürünü bildirib və vurğulayıb ki, o bundan sonra da hər zaman Şimali Kipr türklərinin yanında olacaq və əlindən gələn dəstəyi heç bir zaman əsirgəməyəcək.
"Şimali Kiprdəki türk qardaş-bacılarımızın sevinci bizim sevincimiz, dərdi bizim dərdimizdir", - deyən millət vəkili Qənirə Paşayeva bütün Türk dünyasının Şimali Kipr türklərinə dəstəyinin daha da artmasının vacibliyini vurğulayıb.

AzNews.az