17:25
(077) 610-22-33

“Hər birimiz Mikayıl Cabbarova kömək etməliyik“

  • >
292 6 May 2013 09:49 | Cəmiyyət

"Əminəm ki, yeni təhsil naziri Mikayıl Cabbarov cənab Prezidentin etimadını doğruldacaq"


Bunu jurnalistlərə sabiq təhsil naziri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov deyib.

Mərdanov bildirib ki, hər kəs yeni təhsil nazirinə kömək etməlidir:

"Yeni naziri təbrik edirəm. Hər birimiz ona kömək etməliyik. Çünki təhsil bir idarənin, müəssisənin işi deyil, milli məsələdir".

Mərdanov həmçinin deyib ki, bundan sonra da ictimai-siyasi fəaliyyətlə fəal məşğul olacaq:

"Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm. Bundan sonra da bütün tədbirlərdə fəal iştirak etmək fikrindəyəm".

AzNews.az
Bağla X