08:15
(077) 610-22-33

Azərbaycan QHT-si YUNESKO-ya müraciət edəcək

  • >
317 6 May 2013 12:14 | Cəmiyyət

Aqil Camal: "İşğal faktı davam etdikcə, o bölgədə vaxtilə dəfn edilmiş tarixi simalarımızın qəbir izləri də yer üzündən silinməkdədir"


"Ortaq Dəyərlər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşğal olunmuş ərazilərdə görkəmli şəxsiyyətlərin qəbir yerləri ilə bağlı informasiya bankının yaradılması və onların mühafizəsinin təşkili ilə üçün YUNESKO-ya müraciət-kataloqun hazırlanması" adlı layihənin icrasına başlayıb. Layihə 3 ay müddətində davam edəcək.

"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camalın bildirdiyinə görə layihənin məqsədi işğal olunmuş bölgədə vaxtilə yaşamış və orada dəfn edilmiş Azərbaycanın tanınmış şəxsiyyətlərinin qəbir izlərini, müəyyən etmək, onların dəqiq və ya təxmini siyahısını hazırlamaq, bundan sonra isə görkəmli şəxsiyyətlərin qəbirlərinin maddi-mədəni irs kimi beynəlxalq mühafizə altına alınması üçün YUNESKO-ya müraciət etməkdir: "20 ildən artıqdır davam edən işğal faktı sürdükcə, işğal olunmuş bölgədə vaxtilə dəfn edilmiş tarixi simaların qəbir izləri də yer üzündən silinməkdədir. Hesab edirik ki, bu layihə vasitəsilə həm tarixi şəxsiyyətlərimizin hansı coğrafi məkanda, qəbristanlıqda dəfn olunduğu, məzar yeri haqqında mümkün olduğu qədər informasiya bankı yarada bilərik, həm də bununla, münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinin gücləndirilməsinə töhfə vermiş olarıq".

Layihə çərçivəsində işğal edilmiş rayonlardan olan yaşlı insanlarla, etnoqrafçılarla, ziyalılarla görüşüb onlardan bu mövzuda müsahibələr alınacaq, bilgilər toplanacaq. Müsahibələr həm KİV vasitəsilə cəmiyyətə çatdırlacaq, həmçinin informasiya bankının yaradılmasında və YUNESKO-ya müraciət-kataloqun hazırlanmasına istifadə olunacaq.//modern.az//

AzNews.az
Bağla X