15:04
(077) 610-22-33

İlham Əliyev: “Biz iqtisadi siyasi islahatlarımızı davam etdirəcəyik“

  • >
314 7 May 2013 07:48 | Cəmiyyət

lham Əliyev: "Beynəlxalq hüquqa uyğun olaraq ərazilərimizin işğaldan azad olunmasını istəyirik"

"Bu gün Ermənistan və Azərbaycan arasında davam edən münaqişə regionda sülhə, sabitliyə ciddi təhlükədir".

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycan təbii olaraq bu münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində təmin etmək istəyir: "Beynəlxalq hüquqa uyğun olaraq ərazilərimizin işğaldan azad olunmasını istəyirik".

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onu əhatə edən 7 rayon işğal altındadır: "Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Həmin qətnamələr erməni silahlılarının həmin ərazilərdən çıxmasını tələb edir. Təəssüf ki, həmin qətnamələr 20 ildən çoxdur, yerinə yetirilmir".

Prezident bildirib ki, buna baxmayaraq, Azərbaycan öz siyasətinə sadiq qalacaq və dövlətin daha da güclənməsi davam edəcək: "Biz iqtisadi siyasi islahatlarımızı davam etdirəcəyik. Çünki nə qədər güclü olarıqsa, bir o qədər tez münaqişəni aradan qaldıra bilərik".

Dövlət başçısı Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında münasibətləri regional əməkdaşlığın ən yaxşı nümunəsi kimi xarakterizə edib: "Təəssüf ki, Cənubi Qafqazda üçüncü dövlət olan Ermənistanla münasibətlər gərgin vəziyyətdədir. Bu münasibətlərin normal səviyyəyə gəlməsi üçün Ermənistan regionda işğalçılıq siyasətinə son qoymalıdır".

AzNews.az
Bağla X