Məleykə Abbaszadə təhsil nazirinin təklifinə cavab verdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun 11-ci sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirib.

Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında M. Abbaszadə qeyd edib ki, hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək:

"Mövcud qanunvericilik var. Hələki attestalar qanunvericiliyə uyğun veriləcək. Bu, hələ təklifdir. Bu təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik".

Qeyd edək ki, Mikayıl Cabbarovun hər hansı fəndən "iki" alıb-almamasından asılı olmayaraq, bütün 11-ci sinif şagirdlərinin attestat almasının tərəfdarı olduğunu söyləyib. O, bunu qanunvericilik və sosial ədalət baxımından düzgün sayıb.

AzNews.az