"Texniki imkanlar baxımından hələ ki qurultayımızı keçirə bilmirik" "Texniki imkanlar baxımından hələ ki qurultayımızı keçirə bilmirik"

“Məni 60 min adam izləyir“

"Texniki imkanlar baxımından hələ ki qurultayımızı keçirə bilmirik"



BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının "Qafqazinfo"ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:


- BAXCP prezident seçkilərinə necə hazırlaşır?

- Uzun müddətdir ki, BAXCP-nin İdarə Heyətinin 2013-cü il prezident seçkilərində iştirakla bağlı qərarı var. Bu qərar birbaşa qurultaya həvalə edilib. Amma hələ ki, qurultayın keçirilməsi üçün yer problemi uzanır. BŞİH BAXCP-nin 3-cü qurultayını keçirmək üçün nəzərdə tutduğu yer həddən artıq kiçikdir. BAXCP-nin 60- a yaxın rayon şöbəsindən 747 nəfər qurultay nümayəndəsi seçilib. Amma BŞİH-nin təklif etdiyi yer 250-300 nəfəri əhatə edir. Bu da qeyri-mümkündür ki BAXCP qurultayını həmin yerdə keçirsin. Nəzərə alaq ki, mətbuat işçiləri və dəvət olunmuş qonaqlar bütövlükdə 1000 nəfəri əhatə edəcək. Ona görə də texniki imkanlar baxımından hələ ki qurultayımızı keçirə bilmirik. Güman edirəm ki, belə vəziyyətdə də qala bilmərik.

- Təxminən nə vaxt keçirəcəksiz qurultayınızı?

- BŞİH-nin rəsmilərindən asılıdır. Nə vaxt icazə versələr, keçirəcəyik. Bizim vaxtımız da azdır. Prezident seçkilərinin təbliğat kampaniyası avqust ayının 16-da başlayır. Bu zamana kimi hansı formada olur-olsun biz mütləq qurultayımızı keçirtməliyik.

- Partiya seçkiyə hansı şüarla gedəcək?

- Bu seçkilərdə çox mühüm bir şüarla "IV respublikanın qurulması" şüarı ilə iştirak edəcəyik. Bu ən əsas prioritet şüarımız olacaq. Biz istəyirik ki, Azərbaycan parlament üsul idarəsinə keçsin.

- Cəmiyyət içərisində BAXCP-nin tərəfdarları çoxdur?

- Əlbəttə ki, çoxdur. Bilirsiz ki, 60 rayon şöbələrindən 747 qurultay nümayəndəsi seçilib. Bilirsiniz ki, nizamnaməyə görə müəyyən saydan bir qurultay nümayəndəsi seçilir. Bu rəqəmi həmin nəzərdə tutulan rəqəmə vursaq, say çoxluğu görünər. Partiyanın rəhbərliyində təmsil olunan şəxslər uzun müddət siyasətdə olan şəxslərdir.

- Son illərin nəticələrinə əsasən nə qədər adam partiyanın sıralarına qoşulub?

- Mən partiyada siyasi məsələlər üzrə müavinəm. Bu suala ən dolğun cavabı təşkilati məsələlər üzrə müavin verə bilər. Amma hər halda partiyaya gənclərin gəlməyini qeyd edə bilərəm. Gənclərlə bağlı partiya sədrinin təyinatı oldu. Qadınlarla bağlı komissiya yaradıldı. Partiyada dinamiklik həmişə var. Sıralarımız qoşulanlar da, ayrılanlar da olur. Düşünürəm ki, bu normal haldır. Partiya lideri də bu gün Azərbaycan siyasətində öz sözünü demiş şəxsdir.

- Partiya rəhbərliyinin bölgələrə səfəri planlaşdırılırmı?

- Rayon şöbələrində qurultayqabağı konfranslar keçirilib. Qüdrət bəyin müavinləri rayon şöbələrinə səfərlər edib. Qurultay qabağı konfransların keçirilməsində yerli icra orqanlarının maneyəsi ilə rastlaşmamışıq.

- Partiyanın sosial şəbəkələrdə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Partiyamız sosial şəbəkələrdə son dərəcə aktivdir. Bu sahəyə həm də mən rəhbərlik edirəm. Azərbaycanda ilk dəfə şəxsən mənim rəhbərliyim altında 290 min nəfərlik qrup yaranıb. Həmin sayda hələ Azərbaycanda qrup olmayıb. Həmin tarixi mən yaratmışam. İndi də yeni bir qrup yaratmışam . İstəyirəm ki, yeni rekorda imza atım. Qrupun yığılması 10 gündür ki, başlayıb. Hazırda 130 minə yaxın qrupun üzvü var. Bu qrup mənim adımla bağlıdır və partiyanın qrupudur. Düşünürəm ki, bu qrup da ölkənin ən böyük qrupu olacaq. Mən bunun üçün çalışıram. Digər tərəfdən mənim tərəfimdən partiya lideri Qüdrət Həsənquliyevin səhifəsi yaradılıb. Ötən ayın 24-də yaradılsa da, bu gün 8100 nəfər səhifəni bəyənib. Mən bu gün facebooka bir siyasətçi baxışı ilə baxıram. Burada 1 milyondan çox adam təmsil olunur, bunun imkanlarından niyə də istifadə etməyək. Azərbaycan facebookunda sayılacaq 5 nəfər məşhur isim varsa, onun biri də Niyaməddin Orduxanlıdır.

- Həmin o facebookda müxtəlif tip adamlar da var. Çox vaxt siyasi qruplarda etikadan kənar təhqirlərə, ifadələrə yer verirlər. Sizə qarşı da belə hücumlar olurmu və siz də alternativ olaraq onları təhqir edirsiniz?

- Mən bu hallarla tez-tez rastlaşıram. Xüsusilə də, bizim siyasi mövqeyimizi bölüşməyən digər siyasi düşərgənin adamları bunu edir. Xüsusən də mənə qarşı bu kampaniya gedir. Həmin düşərgədən bizə qarşı aqressiya var. Bunları da saxta profillər vasitəsilə edirlər. Hər hansı müsahibələrim, açıqlamalarım olduqda mənə qarşı təhqirə yol verirlər. Bu da onların tərbiyəsini və əxlaqını göstərir. Məni 60 min adam izləyir.

- Dözümlüsünüz həmin təhqirlərə qarşı?

- Bəli. Mən təhqirə onların səviyyəsi ilə eyni cür cavab verdiyimi deməzdim. Həmin adamları dərhal blok edirəm. Təhqirə qısa cavab verirəm ki, mənə nə yazmısansa bu sənə tərbiyə verən şəxslərə aiddir. Yalnız bununla kifayətlənirəm. Mən istəsəm, onlardan artığını edə bilərəm.

AzNews.az