“Xəzərin hüquqi statusu tezliklə həllini tapmalıdır”

"Xəzər dənizinin hüquqi statusu tezliklə öz həllini tapmalıdır". APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 5 sahilyanı ölkənin yüksək səviyyəli ekspertləri və prezidentlərinin nümayəndələrinin iclasları mütəmadi şəkildə keçirilir: "Əksər məsələlərlə bağlı razılıq əldə olunub. Qalan məsələlərin həlli isə Xəzəryanı ölkələrin yüksək rəsmiləri səviyyəsində veriləcək böyük və ciddi qərarlara bağlıdır. Xəzərin hüquqi statusunun tezliklə nizamlanması ilə bütün sahilyanı ölkələr ən yaxşı formada sülh və dostluq dənizi olan bu hövzənin nemətlərindən faydalana bilərlər".

AzNews.az