00:32
(077) 610-22-33

“Qaçqınlar və məcburi köçkünlər məsələsinə daha ciddi yanaşılmalıdır“

  • >
391 7 May 2013 13:58 | Cəmiyyət

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa beynəlxalq təşkilatları qaçqınlar və məcburi köçkünlər məsələsinə daha ciddi yanaşmağa çağırıb.

"Mən İkinci Dünya müharibəsi dövründə məcburi köçkün olmuş yeddi milyon insandan biri idim. Biz bizə yad olan mühitdə yaşamağa məcbur idik. Dünya liderləri insanların təqib olunmasına imkan verməməlidirlər", - çərşənbə axşamı Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda çıxışı zamanı Vayra Vike-Freyberqa bildirib.

"İnanırıq ki, Aİ və BMT bu məsələyə daha ciddi yanaşacaqlar", - Latviyanın sabiq Prezidenti bildirib.

Vayra Vike-Freyberqa Madrid Klubunu ölkələrin keçmiş liderlərinin təcrübə və fikir mübadiləsi apardığı çox rahat müzakirə formatı adlandırıb.

Bu gün Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə I Cənubi Qafqaz Forumu öz işinə başlayıb.

Forumun işində dünyanın 40-dan artıq ölkəsindən 200-dən çox görkəmli siyasi və ictimai xadim iştirak edir.

AzNews.az
Bağla X